ÇL-də penaltini vura bilməyənə SƏRT CƏZA
09 noyabr 2019 13:50 (UTC +04:00)

ÇL-də penaltini vura bilməyənə SƏRT CƏZA

"Brügge"nin futbolçusu Mbaye Dian komandasının qarşıdakı matçlarından kənarlaşdırılıb.

 

Lent.az qol.az-a istinadla xəbər verir ki, baş məşqçi Filipp Klemanın qərarı əsasında seneqallı hücumçuya böyük məbləğdə cərimə də kəsilib.

Xəbərdə bildirilir ki, səbəb kimi 28 yalı hücumçunun səfərdə PSJ ilə Çempionlar Liqasının qrup mərhələsinin 4 tur matçının 76-cı dəqiqəsində penaltidən yararlanmaması göstərilib. Komandası 0:1 hesabı ilə geridə olduğu vaxt Dian penalti qazanıb. Zərbəni kapitan Hans Vanaken yerinə yetirmək istəsə də, Dian buna imkan verməyib. Onun zərbəsini isə rəqib qapıçı asanlıqla dəf edib.

Oyundan sonra iki oyunçu arasında münaqişə baş verib. Vanakenin atdığı su qabına afrikalı forvard cavab verməyib. Daha sonra kapitanın klub rəhbərliyi qarşısında "Ya Dian gedəcək, ya da mən" tələbi qoyduğu iddia edilir. Baş məşqçi isə afrikalı oyunçunu Belçika çempionatında növbəti turun "Antverpen"lə matçına aparmamağı qərara alıb.

# 1521
avatar

Oxşar yazılar