Bakıda quldurluq edən keçmiş məhkum saxlanıldı
07 noyabr 2019 18:43 (UTC +04:00)

Bakıda quldurluq edən keçmiş məhkum saxlanıldı


Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə quldurluq hadisəsi barədə məlumat daxil olub. 

Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, müraciətlə əlaqədar Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının apardığı araşdırmalarla müəyyən edilib ki, noyabrın 6-da saat 1 radələrində 20 Yanvar küçəsində Abşeron rayon sakini E.Cəfərovun idarə etdiyi “Daewoo Gentra” markalı avtomobilə sərnişin qismində oturan şəxs Cavadxan küçəsinə gedəcəyini bildirib. Həmin ərazidə o, sürücünü bıçaqla hədələyərək avtomobildən düşürüb və maşınla hadisə yerini tərk edib.

19-cu Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə  dəfələrlə məhkum olunmuş C.Zeynalov qısa müddətdə müəyyən edilərək avtomobillə birgə saxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 935

Oxşar yazılar