"Qayınananın sözünü qəbul etmirsənsə..." - Elnarə Abdullayeva
21 oktyabr 2019 11:38 (UTC +04:00)

"Qayınananın sözünü qəbul etmirsənsə..." - Elnarə Abdullayeva

 

“Gəlin gəlib qayınana, qayınatanın sözünə baxmayacaqsa, o evdən çıxmalıdır”.

Lent.az bildirir ki, bu sözləri əməkdar artist Elnarə Abdullayeva “Gündən günə” verilişində deyib:

“İndiki cavanlar ərə gedən gündən hər şeyin yaxşı olmasını istəyirlər. Elə bil ki, bunlar başqa dünyadan gəliblər. Kasıb adamın da balası bunu istəyir. Demirəm ki, kimsə pis olsun. Yaxşı olmaq üçün savaşmamalı, buna çalışmalısan. Gəldiyin evin suyunu bulandırmamalısan. Sənə kim haqq verir ki, bu evi dağıdasan? Hamı kasıb adamdır, zülm çəkib, ev tikiblər. Gəlin kimi ora gəlib, evi qarışdırmağa başlayıram. Yaşamaq istəmirsənsə, övladım, götür, şələ-küləni çıx get. Ev almışam ki, gəlib günümü qara edəsən?”.

 

# 678
avatar

Yalçın UĞUR

Oxşar yazılar