
Neçə? – 110 milyon, arasında 120 min də Azərbaycan istehsalı
Dünyada nə qədər adam yaşayır bilirsinizmi? Təxminən, 7 milyard, 700 milyon! Bəs nə qədər ağac var? Yaxud fil? Bunları da bilmək maraqlıdır, elə deyilmi?
Lent.az maraqlı bir rubrikaya başlayır: Neçə? İlk olaraq “Kalaşnikov” avtomatını seçdik. Bu da səbəbsiz deyil.
Bu gün Rusiyada Silahqayırma günüdür. Rusiya və silah deyəndə isə ilk növbədə yada “Kalaşnikov” avtomatları düşür. Bəs görəsən, SSRİ və varisi Rusiyada indiyədək nə qədər “Kalaşnikov” avtomatı istehsal edilib?
İnternet resurslarında apardığımız araşdırmaya görə, indiyədək 105 milyon “Kalaşnikov” avtomatı müxtəlif ölkələrin ordusunun ixtiyarına verilib. Bu avtomatın müxtəlif modifikasiyalarından dünyanın 106 ölkəsinin ordusunda istifadə edilir.
Mozambikin bayrağında, Zimbabve və Şərqi Timorun gerblərində, eləcə də “Hizbullah”ın emblemində Kalaşnikov avtomatlarının təsvirləri yer alıb.
Nəhayət, Azərbaycanda Rusiya lisenziyası ilə 100 mindən çox “AK-74M Kalaşnikov” avtomatı istehsal edilib.
Bu rəqəm bir il əvvəl Minskdə keçirilən “MILEX 2019” beynəlxalq silah sərgisində deyib.
Ölkəmizdə ”Kalaşnikov” avtomatlarının istehsalı 2021-ci ilədək davam edəcək və ümumilikdə 120 minədək “AK-74M” avtomatının istehsalı nəzərdə tutulur.
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54
Bakıda bu yol iki gün BAĞLI OLACAQ
18 iyul 2025 , 15:48