Ramaldan QALMAQALLI AÇIQLAMA: "Fatimə ilə Elariz mahnı oxumasın"
17 sentyabr 2019 16:11 (UTC +04:00)

Ramaldan QALMAQALLI AÇIQLAMA: "Fatimə ilə Elariz mahnı oxumasın"

Müğənn Ramal İsrafilov "Üçəlli" verilişində qonaq olub.

Lent.az-ın məlumatına görə, ifaçı verilişdə qalmaqallı açıqlamalar verib. O, Amerikaya köçən Elariz Məmmədoğlunun səsini bəyənmədiyini deyib:

"Elarizi Amerikaya göndərdik, yenə burada çıxır adı. Bəxtinə baxın, özü Bakıda yoxdur, reklamı gedir. Allah canını sağ eləsin, tembri də yoxdur. Səhər kanalı açıb onun səsini eşitsəm, kanalı çevirərəm. Onun səsi məni narahat edir".

Ramal illərlə dostluq etdiyi rəqqasə Fatimə Fətəliyevaya mahnı oxumamağı məsləhət bilib: "Fatimə, oxuma. Millətin zövqünü korlamayın. Dostumdur, buradan ona açıq deyirəm. Rəqqasədir, xınalarda götürür bəy-gəlin üçün oxuyur. Çəkirlər, videoları yayılır, gündəmə gəlir. Başqa ölkədə də baxıb deyirlər ki, Azərbaycan musiqisi bu gündədir. Hərə öz işi ilə məşğul olsun".  

 

# 1086
avatar

Yalçın UĞUR

Oxşar yazılar