Pakistanda məsciddə terror: ölənlər var
16 avqust 2019 16:36 (UTC +04:00)

Pakistanda məsciddə terror: ölənlər var

0
 
 
Pakistanın cənub-qərbində Kvetta şəhərindən 25 km məsafədə yerləşən məsciddə terror aktı törədilib.
 
APA-nın Pakistan mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 4 nəfər ölüb, 20-dən artıq şəxs yaralanıb.
 
Partlayış nəticəsində məscidin imamı da həlak olub.
 
Şəhər polisi bildirib ki, partlayıcı məscidin imamının oturacağının altına yerləşdirilib.
 
Polis yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu üçün ölənlərin sayının artacağını istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 797

Oxşar yazılar