
Bu pomidor sortlarında zərərvericilər aşkarlanmadı - MONİTORİNQ
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin(AXA) rəhbərliyi və mütəxəssisləri, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alimlərinin iştirakı ilə Xaçmaz və Lənkəran rayonlarının tərəvəz sahələrində növbəti monitorinq aparılıb.
Nazirlikdən APA-ya verilən məlumata görə, monitorinq iştirakçıları bir neçə tərəvəzçilik təsərrüfatlarında olub, tərəvəz, xüsusi ilə pomidor sahələrinə baxış keçiriblər.
Baxış zamanı sahələrdə xəstəlik və zərərvericilərlə sirayətlənmə halları müşahidə edilməyib, buna baxmayaraq əlaqədar fermerlər arasında maariflənmə işləri aparılıb. Tədbir çərçivəsində Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi tərəfindən fermer və sahibkarlara müvafiq məsləhət və tövsiyələr verilib.
Aparılmış monitorinqlərin nəticəsinə əsasən, Xaçmaz rayonun sahələrindən bol pomidor məhsulunun istehsalı gözlənilir. Hal-hazırda pomidor məhsulları yetişmə fazasındadır. Növbəti həftələrdə Bakı şəhərinin bazarlarına bol məhsulun çıxarılması gözlənilir.
Qeyd edək ki, Xacmazda pomidor yığımına iyulun əvvəlindən başlanılıb. Rayonda əsasən pomidorun “Lajen”, “Sultan”, “Vətən” və “Sevimli” sortları becərilir. Bir hektar pomidor sahəsindən orta hesabla 40-50 ton məhsul almaq mümkündür.
Monitorinq və maarifləndirmə tədbirləri davam etdirilir.
Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28