Prezidentdən şəhid sərhədçilərlə bağlı <span style="color:red;">FƏRMAN
27 iyun 2019 18:57 (UTC +04:00)

Prezidentdən şəhid sərhədçilərlə bağlı FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
 
APA-nın xəbərinə görə, dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”yə yeni 17.18-2-ci bənd əlavə edilib. Həmin bənddə qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Milli Qəhrəmanlarının və dövlət sərhədinin mühafizəsi zamanı şəhid olmuş sərhədçilərin adları xidmət etdikləri sərhəd zastavalarına və digər sərhəd bölmələrinə verilir.
 
Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 830

Oxşar yazılar