Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın yeddi mərasimi sabah keçiriləcək
21 iyun 2019 21:05 (UTC +04:00)

Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın yeddi mərasimi sabah keçiriləcək

 

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın yeddi mərasimi sabah keçiriləcək.

Ailəsindən APA-ya verilən məlumata görə, mərasim iyunun 22-də saat 10:00-dan etibarən Bakıda Heydər məscidində baş tutacaq.

Kişilər və qadınlar üçün məclis eyni vaxtda başlayacaq.

Qeyd edək ki, 67 yaşlı H. Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhum onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Həlimə Əliyevanın dəfn və yas xərclərini Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz üzərinə götürüb.

# 606
avatar

Oxşar yazılar