Gürcüstan XİN səfirlərin kütləvi istefa verməsi xəbərinə münasibət bildirib
20 iyun 2019 17:18 (UTC +04:00)

Gürcüstan XİN səfirlərin kütləvi istefa verməsi xəbərinə münasibət bildirib

Gürcüstanın Xarici İşlər Nazirliyi bu ölkənin xarici ölkələrdəki səfirlərinin Gürcüstanda baş verən hadisələrə etiraz əlaməti olaraq kütləvi şəkildə istefa verməsi xəbərinə münasibət bildirib. APA-nın yerli bürosu xəbər verir ki, qurum bununla bağlı sosial şəbəkələrdə yayılan xəbərlərin dezinformasiya olduğunu və reallıqla heç bir əlaqəsinin olmadığını bəyan edib.
 
"Sosial şəbəkələrdə Gürcüstanın xaricdəki səfərlərinin öz vəzifələrini tərk etmələri haqqında xəbərlər paylaşılır. Xarici İşlər Nazirliyi bəyan edir ki, bu, dezinformasiyadır", - deyə qurumun bəyanatında bildirilib.
 
Qeyd edək ki, bu gün Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən  26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub.
# 683
avatar

Oxşar yazılar