İspaniyanın “Real” klubu Pol Poqba ilə anlaşdı
04 iyun 2019 11:41 (UTC +04:00)

İspaniyanın “Real” klubu Pol Poqba ilə anlaşdı

İspaniyanın “Real” klubu Fransa millisinin və İngiltərə “Mançester Yunayted”inin futbolçusu Pol Poqba ilə anlaşıb.
 
APA -nın məlumatına görə, Madrid klubu ilə yarımmüdafiəçi arasında müqavilənin şərtləri razılaşdırılıb.
 
26 yaşlı futbolçu İngiltərədə qazandığından 3 milyon funt sterlinq az əldə etməyə də razı olub. Lakin keçidin rəsmiləşməsi üçün iki klub arasında danışıqların müsbət yekunlaşması lazımdır. İspaniya təmsilçisi P.Poqba üçün 150 milyon avro verməyə hazırdır.
 
Qeyd edək ki, yarımmüdafiəçi 2018/19 mövsümündə keçirdiyi 47 oyunda 16 qol vurub və 11 məhsuldar ötürmə verib.
# 461
avatar

Oxşar yazılar