242
10:27
05 İyun 2018

"Maşın" şoudan 1 gündə 2 iştirakçı uzaqlaşdırıldı

“Maşın” şounun növbəti buraxlışı geridə qalıb. Lent.az -ın məlumatına görə, yarışın altıncı günündə səsverməyə bloger Hüseyn Əzizoğlu çıxıb. O, səs toplayacağı halda aparıcı İlhamə Bədəlovanı oyundan uzaqlaşdıracağını deyib.

Aparıcı isə sevənlərinə üz tutaraq belə deyib: “Mən ədalətli şəkildə oynayıram. Hüseynin əli ilə getmək istəmirəm. Ona "getsin"ə səs göndərin” deyib.

Sonda səsvermə nəticəsində 57,48 faiz səs toplayan Hüseyn vədinə əməl edərək İlhaməni oyundan kənarlaşdırıb.

Qeyd edək ki, ötən gün aparıcı Fira Cəlilova da maşından əlini götürdüyü üçün şoudan uzaqlaşdırılıb.