![[b]Prezident Administrasiyasında yeni sektor yaradıldı [/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Prezident Administrasiyasında yeni sektor yaradıldı [/b]
0
0
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində ictimai-siyasi işin təşkili sektoru yaradılıb.
Lent.az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai-siyasi işin təşkili ilə bağlı məsələlərin əlaqələndirilməsi sektorun fəaliyyətinin əsas istiqaməti olacaq.
İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsində çalışmış Vüsal Quliyev yeni yaradılmış sektorun rəhbəri təyin edilib.
0
0