118
14:30
03 May 2018

Tanınmış müğənnimiz bu səbəbdən polisə ŞİKAYƏT ETDİ

Müğənni Nura Suri sosial şəbəkədə onu təhqir edən izləyicilər barəsində polisə şikayət edib. Lent.az -ın məlumatına görə, ifaçı bu barədə “Facebook” səhifəsinə yazıb. O bildirib ki, onu təhqir edən şəxslərin kimliyi məlumdur: “İkinci dəfədir ki, bu məsələ ilə bağlı polisə müraciət edirəm. Çox heyfslənirəm ki, belə xırda işlərlə onların vaxtını alırıq. Keçən il də, bu il də şərhlərdə məni təhqir edən bir neçə şəxsin kimliyi müəyyənləşdirilib və tapılıb. Şərh yazanlar etdikləri hərəkətə görə, üzr istəyiblər. Bu il isə yenidən bu tipli şərhlər yazan, şər atan və təhqir edən bir neçə şəxs barədə də araşdırma aparılıb və ünvanlarına qədər tapılıb. İnşallah, daha ətraflı iki gün ərzində məlumat verəcəm”.