Təzə Pir məscidində  BAYRAM NAMAZI   - FOTO  + VİDEO
02 may 2022 11:02 (UTC +04:00)

Təzə Pir məscidində BAYRAM NAMAZI - FOTO + VİDEO

Bu gün Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Lent.az xəbər verir ki, bu münasibətlə pandemiyadan sonra ilk dəfə ölkədə fəaliyyət göstərən bütün məscidlərdə namaz qılınıb. Bakının əsas məscidlərindən biri sayılan Təzə Pir məscidində bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələrinin iştirakı ilə qılınıb. 

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazında iştirak etməyib. Buna səbəb QMİ sədrinin bayram günü Strasburqda səfərdə olmasıdır.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb. Ramazan bayramı ilə əlaqədar 2-3 may tarixləri Azərbaycanda qeyri-iş günüdür.

Allah tutduğunuz orucu, etdiyiniz duaları qəbul eləsin!
 

# 5331
avatar

Nigar Namiq

Oxşar yazılar