Naxçıvanda qadın kişini küçədə döydü - VİDEO  - YENİLƏNİB
22 fevral 2024 11:27 (UTC +04:00)

Naxçıvanda qadın kişini küçədə döydü - VİDEO - YENİLƏNİB

Fevralın 21-də Naxçıvan şəhər Heydər Əliyev prospektində Orxan (ad şərtidir) və Gülmira (ad şərtidir) arasında şəxsi münaqişəsi zəmnində mübahisə baş verib. 

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, faktla bağlı Naxçıvan şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcək.

***
Saat: 11:22

Naxçıvanda qadın kişini küçədə döyüb.

Lent.az xəbər verir ki, bu barədə jurnalist Heydər Oğuz sosial şəbəkə hesabında görüntülər paylaşıb.

Görüntülərdə adı açıqlanmayan qadının kişini küçənin ortasında döydüyü əks olunub. Davanın səbəbi bilinmir.

Yaxınlıqda olan polis əməkdaşının müdaxiləsi nəticəsində onları ayırmaq mümkün olub.

Görüntüləri təqdim edirik:

# 3354
avatar

Oxşar yazılar