Alimpaşa Məmmədov
30 aprel 2021 18:35 (UTC +04:00)

Alimpaşa Məmmədov

Alimpaşanın maralları: "Əti də, südü də dərmandır" - Ekspert rəyi

"Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun fermasında saxlanılanlar yerli marallardır. Əvvəllər Göy göldə çox olub. Təbiətdə xallı olur deyə, ona görə onlara xallı marallar deyilir".

Bunu Lent.az-ın əməkdaşıyla söhbətində zoologiya üzrə mütəxəssis bildirib.

Onun dediyinə görə, süjetdə görünənlər dişi marallardır: "Ona görə də buynuzsuzdular. Maral çox qiymətli heyvandır. Onun həm əti, həm də südü dərmandır. Bildiyimə görə, maral ətinin bir kilosunun qiyməti 50-60 manatdır. Və onu tapmaq da asan deyil.

Həmsöhbətimizin dediyinə görə, maral ətinin tərkibində yağların və xolesterinin miqdarı çox azdır: “Maral ətinin tərkibindəki antioksidantlar xərçəng hüceyrələrinə qarşı mübarizə aparmaq qabiliyyətinə malikdir. Buna görə, onun digər ətlərdən qiymətlidi. Maral əti ürəkdə infarkt xəstəliyinin əmələgəlmə riskini aradan qaldırır. Və ən əsası bu ətin zərərli olması barədə heç bir yerdə qeydlərə rast gəlinməyib”.

***

saat 16:47

Bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Alimpaşa Məmmədovun maral ferması tapılıb. 

Lent.az "Real" TV-nin bununla bağlı süjetini təqdim edir. 

Alimpaşa Məmmədovun maral ferması tapıldı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15387
avatar

Oxşar yazılar