Marmeladın uşaqlar üçün  FAYDALARI
26 oktyabr 2024 14:13 (UTC +04:00)

Marmeladın uşaqlar üçün FAYDALARI

Marmeladın uşaq üçün faydaları açıqlanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bioloq İrina Lyalina marmeladın uşaqlar üçün faydalı olduğunu bildirib.

Çünki tərkibində yodla zəngin olan aqar var. Məhsul qığırdaq və bağların vəziyyətinə yaxşı təsir göstərir. “Marmeladın tərkibində uşaqlar üçün faydalı olan bir neçə maddə var. Qida dəyəri çox aşağıdır, ona görə də vacib vitamin və mineralların mənbəyi ola bilməz”, - İrina Lyalina qeyd edib.

Daha əvvəl yüksək kateqoriyalı endokrinoloq, tibb elmləri namizədi, dietoloq Yelena Syurakşina bildirib ki, agar-aqar ilə marmeladın qəbulu qəbizliyin inkişafının qarşısını alır və bağırsaq mikroflorasının tərkibini yaxşılaşdırır. Eyni zamanda o, xəbərdarlıq edibki, belə şirniyyatlar çox da istehlak edilməməlidir. Həddindən artıq şəkər istehlakı təkcə çəki artımına deyil, həm də maddələr mübadiləsinə və bir çox orqanların fəaliyyətinə pis təsir göstərə bilər. Bundan əlavə, qlükoza diş minasını məhv edir və mədəaltı vəzinə yükü artırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2457
avatar

Fidan İlqar

Oxşar yazılar