Yeddi prokurorla işləyən jurnalist - UNUDULAN MƏTBUAT KATİBLƏRİ
19 noyabr 2021 17:03 (UTC +04:00)

Yeddi prokurorla işləyən jurnalist - UNUDULAN MƏTBUAT KATİBLƏRİ

Vaxtı ilə mətbuat katibi idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi. Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?  

Lent.az dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini davam etdirir.  

Layihəmizdə bu gün Azərbaycanın prokurorluq orqanlarında uzun illər mətbuatla işləyən jurnalist-hüquqşünas Əfrahim Təhməzovdan bəhs edəcəyik:  

Əfrahim Təhməzov 1960-cı ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olub. O, 1983-1988-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 1994-cü ildə isə həmin universitetinin Hüquq fakültəsini bitirib. Daha sonra təhsilini Xalq Təsərrüfatı İnstitunda (1988-1992) davam etdirib.

O, 1979-1981-ci illərdə Əfqanıstanda hərbi xidmətdə olub. 1989-cu ildə Nazirlər Kabineti yanında “İqtisadiyyat və Həyat” jurnallarında xüsusi müxbir, baş redaktor əvəzi və baş redaktor vəzifələrində çalışıb.  

Ə.Təhməzov 1992-cildə Azərbaycanın Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri təyin olunub. Eyni zamanda o, Baş Prokurorluğun hüquqi təminat idarəsinin prokuroru vəzifəsində də işləyib.  

1995-ci illərdə Azərbaycan Hərbi prokurorunun köməkçisi təyin edilən Ə.Təhməzov 2017-ci ilə qədər bu vəzifədə çalışıb. Həmin müddət ərzində o Hərbi prokurorun köməkçisi, böyük köməkçisi və Mətbuat Xidmətinin rəhbəri vəzifələrini icra edib.  

Əfrahim Təhməzov Azərbaycan və Rusiya Jurnalistlər İttifaqının, Ümumittifaq birlik cəmiyyətinin üzvü olub. Təhməzovun çoxlu sayda siyasi-publisistik məqalələri və kitabları çap edilib. Eyni zamanda onun Rusiyada bir çox məqalələri də işıq üzü görüb.  

Əfrahim Təhməzov fəaliyyəti dövründə 3 baş prokuror -  İxtiyar Şirinov, Əli Ömərov, Eldar Həsənov və 4 hərbi prokuror - Ramiz Rzayev, Siyasət Alıyev, İlham Məmmədov, Xanlar Vəliyevlə işləyib.   

Qeyd edək ki, Ə.Təhməzov faəliyyəti dövründə mətbuatla əlaqələri yaxşı quran, media ilə qarşılıqlı əməkdaşlıq edən mətbuat xidmətinin rəhbəri kimi tanınır.

Ə.Təhməzov hazırda dövri mətbuatda elmi-siyasi, elmi-nəzəri məqalələrlə çıxış edir.

Ehtiyyatda olan ədliyyə polkovniki Ə.Təhməzov I Qarabağ müharibəsi iştrakçısıdır.

Onu da qeyd edək ki, sabiq mətbuat katibi bu ilin oktyabr ayında yol qəzasına düşüb. Qəza zamanı o, ciddi xəsarət almayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11949
avatar

Aytəkin Cəlali

Oxşar yazılar