2024-cü ildə dünyanın  ən yaxşı   və  ən pis   aviaşirkətləri AÇIQLANDI - SİYAHI
11 dekabr 2024 15:39 (UTC +04:00)

2024-cü ildə dünyanın ən yaxşı ən pis aviaşirkətləri AÇIQLANDI - SİYAHI

Belçikanın ən böyük aviaşirkəti Brussels Airlines 2024-cü ildə dünyanın ən yaxşı aviaşirkəti, Tunisin milli aviadaşıyıcısı Tunisair isə ən pis hava yolu şirkəti seçilib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bunu dünyanın 109 aviaşirkətinin xidmətlərini qiymətləndirən AirHelp xidmətinin son reytinq məlumatları sübut edir. Reytinq bu aviadaşıyıcıların müştərilərə münasibətinə, o cümlədən şikayətlərə cavab vermə sürətinə, kompensasiyaların ödənilməsinə və sərnişinlərin məmnunluğuna əsaslanıb.

Müqayisə üçün qeyd edək ki, reytinqin lideri ümumi 10 baldan 8,12 bal, sonuncu yeri tutan aviaşirkət isə 3,63 bal toplayıb.

2024-cü ildə dünyanın ən yaxşı 10 aviaşirkəti

1. Brussels Airlines (Belçika)

2. Qatar Airways (Qətər)

3. United Airlines (ABŞ)

4. American Airlines (ABŞ)

5. Play (İslandiya)

6. Austrian Airlines (Avstriya)

7. LOT Polish Airlines (Polşa)

8. Air Arabia (Birləşmiş Ərəb Əmirlikləri)

9. Widerøe (Norveç)

10. Air Serbia (Serbiya)

2024-cü ildə dünyanın 10 ən pis hava yolu şirkəti

1. Tunisair (Tunis)

2. Buzz (Polşa)

3. Nouvelair (Tunis)

4. Bulgaria Air (Bolqarıstan)

5. El Al İsrail Hava Yolları (İsrail)

6. Pegasus Hava Yolları (Türkiyə)

7. IndiGo (Hindistan)

8. TAROM (Rumıniya)

9. Air Mauritius (Mauritius)

10. SKY express (Yunanıstan)

Eyni zamanda, Avropanın ən aşağı büdcəli aviaşirkətləri Wizz Air (Macarıstan) və Ryanair (İrlandiya) reytinqin ortasında qərarlaşıblar - onlar müvafiq olaraq 53 və 54-cü yerləri tuturlar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2028
avatar

Oxşar yazılar