“WhatsApp” komandası gələn ildən etibarən mobil proqramdan istifadə qaydalarını dəyişdirməyi planlaşdırıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qaydalar 2021-ci il fevralın 8-dən tətbiq ediləcək.
Bu qaydalarla razılaşmayan istifadəçilər messencerə girişdən məhrum olunacaqlar.
Nəzərdə tutulmuş dəyişikliklərin “WhatsApp” və “Facebook”da istifadəçi məlumatları ilə bağlı olduğu bildirilir. İstifadəçilərə bu barədə messencer vasitəsilə məlumat göndəriləcək.
Yeni istifadə qaydaları ilə bağlı hələlik dəqiq məlumat verilməyib.
Rəsul