"Whatsapp plus" işlədənlərin NƏZƏRİNƏ:  Təhlükəlidir...
21 aprel 2022 15:44 (UTC +04:00)

"Whatsapp plus" işlədənlərin NƏZƏRİNƏ: Təhlükəlidir...

"Whatsapp Plus" "Whatsapp" proqramının redaktə edilmiş versiyasıdır. Çoxlarının istifadə etdiyi bu mesajlaşma tətbiqi sizi adi "Whatsapp”dan  bir addım önə keçirəcək xüsusiyyətlərə sahibdir. Amma bu özəlliklər qədər tətbiqin zərərli tərəfləri də var. 

Lent.az-ın məlumatına görə, İT mütəxəssisi Elman Mütəllim "Whatsapp Plus"un təhlükəli tərəflərini siyahı şəkildə açıqlayıb. 

Həmin siyahını təqdim edirik: 

Bilgiləriniz istənilən (hacker) şəxs tərəfindən ələ keçirilə, oxuna, əvəzinizdən icazəsiz şəkildə yazıla, müdaxilə edilə bilər.

Telefonunuzun ön/arxa kamerasına hərdaim müdaxilə edilərək gündəlik izlənilə bilərsiniz.

Ödəmə bilgiləriniz birbaşa ələ keçirilə bilər.

Rəsmi hər hansı bir müraciətinizdə, dövlət qurumları sizə xidmətdən imtina edə bilər (Çünki, şirkət rəsmi olaraq bu proqramı tanımır və müracitləri rədd edir)

Telefonunuzun işləmə performasını çox yüksək həddə azalda, yavaşlada bilər.

İstənilən an, proqram tərtibatçıları proqram təminatınızda dəyişiklik edə bilmək iqtidarındadır.

Yazışmalarınız şifrələnmir və üçüncü şəxsə keçmə ehtimalına zəmanət verilmir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7017
avatar

Sevinc Fərid

Oxşar yazılar