Tanış olmadan, görüşmədən uyğun partnyor  tapmaq olacaq
22 oktyabr 2025 09:38 (UTC +04:00)

Tanış olmadan, görüşmədən uyğun partnyor tapmaq olacaq

0

Populyar tanışlıq tətbiqi “Bumble”nin təsisçisi Uitni Vulf Herd maraqlı proqnozla çıxış edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, təsisçi süni intellekt yaxın illərdə insanların tanışlıq və görüşmə üsulunu köklü şəkildə dəyişəcəyini bildirib.

Uitni vurğulayıb ki, artıq bir çox insan süni intellektdən münasibət məsləhətləri üçün istifadə edir. O, bu prosesi “süni intellekt əsaslı tanışlıq konsyerji” adlandırıb və bunun ayrılıq məsləhəti, öhdəlik problemlərinin həlli və insanlara özünü daha yaxşı anlamaqda kömək edə biləcəyini bildirib.

Gələcəyin tanışlıq modeli

Təsisçi həmçinin gələcək üçün daha irəli bir ssenarini təsvir edib: “Əgər siz həqiqətən fərqli yanaşma istəyirsinizsə, elə bir dünya mövcud olacaq ki, sizin tanışlıq konsyerjiniz başqa bir insanın konsyerji ilə “görüşürəcək”. Bu, zarafat deyil. Beləliklə, siz yüzlərlə insanla yazışmaq və danışmaq məcburiyyətində qalmayacaqsınız”.

Onun sözlərinə görə, süni intellekt agentləri bir-biri ilə ünsiyyət quraraq istifadəçilərə ən uyğun bir neçə tərəfdaş namizədini təqdim edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 446

Oxşar yazılar