“Facebook” və “Clubhouse”dan əfqan istifadəçilər üçün xüsusi  YENİLİK
23 avqust 2021 11:31 (UTC +04:00)

“Facebook” və “Clubhouse”dan əfqan istifadəçilər üçün xüsusi YENİLİK

Əfqanıstanlı sosial media istifadəçilərin təhlükəsizlikləri təmin edilir. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki,  “Clubhouse” əfqan istifadəçilərini qorumaq üçün müəyyən müddət ərzində aktiv olmayan hesabların biosunu və şəkilləri gizlədir. Beləliklə, axtarış bölümündə hansısa hesabı tapmaq çətin olur. 

Şirkət rəsmisi hesab məlumatlarını gizli saxlayaraq, izləyicilərini itməyəcəklərini qeyd edir. Əksinə, istənilən vaxt, istifadəçinin razılığı ilə bütün saxlanılan məlumatların əldə edilə biləcəyini bildirilir. Açıqlamalarda qeyd olunur ki, bütün bunlar onların təhlükəsizliyi üçün düşünülüb. 

Qeyd edək “Facebook” və  “LinkedLn” də əfqan istifadəçilərinin təhlükəsizliyi üçün sosial media hesablarının "dostlar" bölməsinə girişi blok edib, eyni zamanda profillərini bir toxunuşla dondurmağa icazə verib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5253
avatar

Nigar Adil

Oxşar yazılar