Dünyanın  ən gur səsli   telefonu təqdim edildi - FOTO
20 sentyabr 2022 17:28 (UTC +04:00)

Dünyanın ən gur səsli telefonu təqdim edildi - FOTO

Dünyanın ən səsli “Power Armor 16 Pro” seriyalı smartfonu təqdim edilib. 

Lent.az xəbər verir ki, yeni smartfon oktyabrın 9-dan “AliExpress”də satışa çıxarılacaq. 

Telefonun qiyməti açıqlanmasa da, 200 dolları keçməyəcəyi gözlənilir. 

Çinin “Ulefone” markalı və 122 dB-ə qədər yüksək səsi dəstəkləyən 36 mm dinamiklə təchiz edilmiş bu telefon iki rəngdə nümayiş olunub: Qara və narıncı. 

O, 5,93 düymlük HD+ ekrana, 16 milyon piksel + 2 milyon piksel qoşa kameraya malikdir. Smartfon yan tərəfdən metal çərçivə və arxadan zolaqlı naxışla təchiz olunub.

 “Yeni smartfonun yüksək səsli olması çox faydalıdır. Hər hansı çətin və ya fəlakət zamanı ondan həyəcan siqnalı kimi istifadə etmək mümkün olacaq”, - istehsalçı bildirib. 

Qeyd edək ki, “uSmart” konnektoru cihazın sol tərəfində quraşdırılıb. 


 

# 4353
avatar

Sevinc Fərid

Oxşar yazılar