“Pad Pro 2021” planşeti
07 may 2021 11:00 (UTC +04:00)

“Pad Pro 2021” planşeti

Çin yeni planşet hazırlayır

Çinin “Lenovo” şirkəti yaxın vaxtlarda iki yeni planşet təqdim edəcək. Şirkət təqdimatdan əvvəl böyük modelin – “Xiaoxin Pad Pro” smartfonunun bir sıra xüsusiyyətlərini açıqlayıb.

Lent.az “4PDA” resursuna istinadən yazır ki, “Lenovo” nümayəndələrinin sözlərinə görə, “Pad Pro 2021” planşeti 2560х1600 pikselli, 600 kandel/kvadratmetr parlaqlıqlı və maksimal 800 000:1 kontrastlı 90 giqaherslik “OLED” ekranla təchiz ediləcək. Həmçinin qeyd olunur ki, qurğu “HDR10” standartını, “Dolby Vision” texnologiyasını dəstəkləyəcək və “TUV Rheinland” sertifikatına malik olacaq.

Məlumata görə, “Xiaoxin Pap Pro 2021” modeli “Snapdragon 870” platforması üzərində qurulacaq. Şirkətin planlarına “Snapdragon 750G” prosessoru əsasında işləyən nisbətən ucuz “Xiaoxin Pad Plus” smartfonunun buraxılışı da daxildir. Yeni qurğuların təqdimat tarixi və qiyməti barədə məlumat verilmir.

Müqayisə üçün qeyd edək ki, “Snapdragon 730G” prosessorlu, 6/128 giqabayt yaddaşlı aktual “Xiaoxin Pad Pro” nəsli şirkət tərəfindən 308 dollar dəyərində qiymətləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3108
avatar

Oxşar yazılar