Yeni yol polisi maşınları istifadəyə verildi
31 oktyabr 2023 17:01 (UTC +04:00)

Yeni yol polisi maşınları istifadəyə verildi

Daha bir model avtomobil Yol Patrul Xidmətinin avtomobilləri siyahısına qoşulub.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto və məlumat yayılıb. Məlumata əsasən, "VOLVO S90" modeli olan nəqliyyat vasitələri artıq xidməti maşın statusu alıb.

Bundan əvvəl BMW modelindən sonra patrul avtomobilləri "Mercedes" modelinə qismən keçid etmişdi. Həmçinin "Hyundai" və "KİA"nın bəzi modelləri də xidməti avtomobil kimi istifadə olunur.

"Volvo" isə DYP sistemində yenidir.

Məlumatı Baş Dövlət Yol Polisi İdarəsi də təsdiqləyib. İdarədən bildirilib ki, DYP-nin istifadəsində olan bir sıra modellərlə yanaşı, hazırda sözügedən modelə aid avtomobil də xidməti istifadəyə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 42996
avatar

Oxşar yazılar