Sərnişinin qızı və nəvələri
25 dekabr 2024 14:03 (UTC +04:00)

Sərnişinin qızı və nəvələri

"Yeni ili ailəsi ilə keçirməyə gəlirdi" - Qəzaya düşən təyyarədəki sərnişinin ƏRİ DANIŞDI

Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsinin sərnişinlərindən biri yeni il üçün qızına baş çəkməyə uçurmuş.

Lent.az xəbər verir ki, Qazaxıstanda qəzaya uğrayan təyyarənin göyərtəsində olan Nərminə İgidovanın əri Rusiya teleqram kanalına bildirib ki, həyat yoldaşı yeni ili nəvələri və qızı ilə qarşılamaq üçün Nalçikə uçub. Kişinin dediyinə görə, arvadı əlaqəni dayandırıb və onun hələ də sağ qalıb-qalmadığını bilmir.

“Onunla sonuncu dəfə dünən axşam danışdıq, o, Bakıya 400 kilometr yol getməli olduğunu dedi. O, artıq yolda idi və hər şeyin yaxşı olduğunu söylədi. Bu söhbətdən sonra mən onunla daha əlaqə saxlaya bilmədim, telefon əlçatmaz idi. İndi heç nə başa düşmürəm, heç kim mənə zəng etmir. Mən onu harda axtaracağımı bilmirəm”, - deyə Bəşir bildirib.

Nərminə və Bəşirin iki azyaşlı nəvəsi var. Baba və nənə mümkün qədər tez-tez qızlarına və nəvələrinə baş çəkməyə çalışıblar. Yaxınlarının dediyinə görə, Nərminə həyat yoldaşı ilə birlikdə yaşadığı Yekaterinburqdan tez-tez qohumlarının yanına gedirmiş.

Nərminə İgidova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7185
avatar

Mehman Nəbiyev

Oxşar yazılar