Xəzər rayonuna 2 milyon manat ayrıldı
29 mart 2013 18:44 (UTC +04:00)

Xəzər rayonuna 2 milyon manat ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent. az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən Bakı şəhəri Xəzər rayonunun Şüvəlan və Buzovna qəsəbələri ərazisində əlli beş min nəfər əhalinin istifadə etdiyi ümumi uzunluğu 16,5 kilometr olan qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2 milyon manatı Bakı şəhərinin Xəzər Rayon İcra Hakimiyyətinə ayrılıb.
Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

# 575
avatar

Oxşar yazılar