TQDK sədri: “Bilik səviyyəsi aşağı olan şagirdlərimiz çoxdur”
23 avqust 2013 12:11 (UTC +04:00)

TQDK sədri: “Bilik səviyyəsi aşağı olan şagirdlərimiz çoxdur”

“TQDK iki ildir ki, buraxılış imtahanları keçirir”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. O, qeyd edib ki, keçirdiyimiz buraxılış imtahanları zamanı bəlli olub ki, kifayət qədər bilik səviyyəsi aşağı olan şagirdlərimiz var. Sınaq imtahanlarından da danışan TQDK sədri bunları deyib: “Bəzən abituriyentlər birinci sınaq imtahanının sullarını əzbərləyirlər və ikinci sınaq imtahanında iştirak edirlər. Bununla da özlərini aldatmış olurlar. Gərək abituriyentlər özlərini və valideynlərini aldatmasın, keçirilən sınaq imtahanlarında biliklərini sınasınlar ”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 885

Oxşar yazılar