TQDK abituriyentlərə müraciət etdi
30 mart 2013 10:22 (UTC +04:00)

TQDK abituriyentlərə müraciət etdi

 

TQDK sınaq imtahanlarına yazılmaq istəyən hər bir şəxs TQDK-nın  internet saytının “Sınaq imtahanlarına yazılış” bölməsinə daxil olub əldə etdiyi virtual ödəmə kartından istifadə etməklə özünə istifadəçi səhifəsi yaratmalıdır. Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.  Səhifə yaradıldıqdan sonra istifadəçinin balansında kart vasitəsilə yüklədiyi məbləğ mövcud olacaq. İstifadəçilər sınaq imtahanlarında neçə dəfə iştirak etmək istədiklərini nəzərə alıb lazım bildikləri qədər yeni ödəmə kartı əldə edib balanslarını artıra bilərlər.  

Əgər abituriyent yüklədiyi kart vasitəsilə qarşıdakı sınaq imtahanına yazılmamışdırsa, o balansında olan məbləğdən istifadə etməklə növbəti sınaq imtahanına yazıla bilər. Belə ki, 2013-cü ildə əldə edilmiş ödəmə kartı 2013-cü il ərzində TQDK tərəfindən keçiriləcək istənilən sınaq imtahanına yazılmaq üçün etibarlığını itirmir.  

# 1170
avatar

Oxşar yazılar