TQDK  indi də “Həndəsə”ni müzakirəyə çıxarır
30 mart 2013 15:41 (UTC +04:00)

TQDK indi də “Həndəsə”ni müzakirəyə çıxarır

 

 

Riyaziyyat fənni üzrə tam orta məktəblərdə istifadədə olan dərsliklərin elmi-metodiki monitorinqi ilə bağlı seminar-iclası keçirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, gündəlik məsələ, ümumtəhsil məktəblərin 7-ci sinifləri üçün “Həndəsə” dərsliyinin müzakirəsi olub. 
Dərslik məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilib. Aprelin 5-də dərsliyin növbəti müzakirəsi aparılacaq.

TQDK-da  həmçinin coğrafiya fənni üzrə elmi-metodiki seminar iclası keçirilib. Gündəlik məsələ, coğrafiya fənni üzrə  ümumi təhsilin fənn standartları ilə bağlı olub.  Qeyd edək ki, adıçəkilən dərsliyin də müzakirəsi aprelin 5-də olacaq.



 

# 1047
avatar

Oxşar yazılar