TQDK-nın bakalavrlara müraciəti
27 fevral 2013 10:35 (UTC +04:00)

TQDK-nın bakalavrlara müraciəti

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bakalavrlara müraciət edib. Qurumun mətbuat xidmətindən Lent .az-a verilən məlumata görə,  magistraturaya qəbul imtahanın birinci mərhələsi martın 3-də keçiriləcək .Bakalavrlar fevralın 26-dan etibarən buraxılış vərəqəsini  götürə bilərlər. Qeyd edək ki, magistraturaya ərizə qəbulu fevralın 22-də başa çatıb.

Magistraturaya qəbul imtahanının birinci mərhələsi bu həftənin sonu (bazar günü), ikinci mərhələsi isə iyunun 23-də olacaq.

 

# 772

Oxşar yazılar