Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qış tədarükü
13 dekabr 2012 13:31 (UTC +04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qış tədarükü

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin dekabrın 13-ü axşamdan ölkə ərazisində havanın kəskin soyuyacağı xəbəri ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) birlik və müəssisələri müəyyən tədarüklər görüblər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktor müavini Xankişi Kişiyev bu məqsədlə birlik tərəfindən tabe müəssisələrə xəbərdarlıq olunduğunu bildirib.


Müəssisələr tərəfindən payız və qış mövsümünə hazırlıqla əlaqədar öncədən tədbirlər görüldüyündən paytaxt rabitəçiləri ən sərt hava şəraitində fasiləsiz rabitə xidməti göstərməyə hazırdırlar. Qışın şaxtalı, qarlı günlərində paytaxtdan fərqli olaraq regionlarda çətinliklər çox olur. Xüsusən də dağlıq və dağətəyi bölgələrdə bu özünü daha kəskin şəkildə büruzə verir. Relyefin əlverişsizliyi, hava şəraitinin qarlı, şaxtalı olması region rabitəçiləri üçün bir çox çətinliklər yaradır.


Aztelekom İstehsalat Birliyinin baş direktorunun birinci müavini Zahir Vəliyev bildirib ki, onlar qəza briqada dəstələrini tam hazır vəziyyətə gətiriblər. Belə hava şəraitində ən çox dağlıq ərazilərdə problem yaşandığından əvvəlki illərin təcrübəsindən çıxış edərək indidən müvafiq tədbirlər həyata keçirilib.

# 1088
avatar

Oxşar yazılar