Qurban Yetirmişli Amerikada toplantıya qatılıb
17 dekabr 2012 19:15 (UTC +04:00)

Qurban Yetirmişli Amerikada toplantıya qatılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli və Mərkəzin Zəlzələlərin tədqiqatı bürosunun  əməkdaşı Vüqar Fərəcov ABŞ-da səfərdə olublar.

AMEA RSXM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində AMEA RSXM-in nümayəndə heyəti 3-7 dekabr tarixində  dünya ölkələrindən 29 min  qonağın iştirakı ilə Amerika Geofizikia Birliyinin illik toplantısında iştirak edib.

Qeyd edək ki, Amerika Geofizikia Birliyinin toplantısında bütün ölkələrdən gələn seysmoloq-alimlər son illər ıldə olunan yeni elmi məlumatlar haqqında bölmələrdə keçirilən müzakirələrdə məruzələrini təqdim ediblər. Azərbaycan seysmoloqlarının son illər əldə etdiyi nəticələr və görülən işlər keçirilən müzakirələrdə yüksək qiymətləndirilib, ayrı-ayrı ölkələrdən olan seysmoloq alimlər AMEA RSXM-lə əməkdaşlıq etməyə maraqlı olduqlarını bildiriblər. Qurban Yetirmişli səfər çərçivəsində 10-11 dekabr tarixlərində  NATO-nun Elm, Sülh və Təhlükəsizlik üçün Proqramı çərçivəsində həyata keçirilən layihənin başa çatması ilə bağlı hesabat toplantısına da qatılıb.

 

# 899
avatar

Oxşar yazılar