Qanunu pozanlar cərimələnəcək
16 aprel 2013 12:24 (UTC +04:00)

Qanunu pozanlar cərimələnəcək

İstehlaka yararsız məhsullar məhv edilib. Lent. az-ın “Azərtac”-a istinadən verdiyi məlumata görə, monitorinqi İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti keçirib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, monitorinqlər zamanı Bakının Nizami, Sabunçu rayonlarında və Şirvan şəhərində mağazalarda saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

Keçirilən monitorinqlərdə qanun pozuntusuna yol verən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.

 

# 748
avatar

Oxşar yazılar