Qanunu pozanlar cərimələndi
08 aprel 2013 17:57 (UTC +04:00)

Qanunu pozanlar cərimələndi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 3538 nəfərlə əmək müqaviləsinin bağlanması təmin edilib. Bu barədə Lent. az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Ümumiyyətlə, cari ilin ilk üç ayında Xidmət tərəfindən 1895-i özəl sektora aid ümumilikdə, 2231 müəssisə və təşkilatda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilib. Həmçinin vətəndaşlardan, müəssisə və təşkilatlardan daxil olmuş 941 ərizə və 289 sorğu araşdırılıb. Dövlət nəzarətinin həyata keçirilməsi və müraciətlərin araşdırılması zamanı iş yerlərində 4075 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib, inzibati xətalara görə 78770 manat cərimə tətbiq olunub. 

 

Qeyd olunan müddətdə ümumilikdə 249590 manat məbləğində gecikdirilmiş ödəmələrin, o cümlədən 227652 manat əmək haqqının, 11992 manat zərərə görə ödəncin, 9946 manat sosial müavinət və kompensasiyanın ödətdirilməsi, əmək qanunvericiliyinin tələbləri pozulmaqla əmək müqaviləsinə xitam verilmiş 11 nəfərin öz əvvəlki işinə bərpa etdirilməsi təmin edilib.

# 643

Oxşar yazılar