Nazir Bərdəyə gedəcək
10 aprel 2013 17:49 (UTC +04:00)

Nazir Bərdəyə gedəcək

 

Səhiyyə naziri Oqtay Şirəliyev vətəndaşları qəbul edəcək. Bu barədə Lent.az-a Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazir aprelin 12-də  Bərdə Müalicə-Diaqnostika Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək. O, Bərdə, Tərtər, Ağdam, Yevlax, Beyləqan, Füzuli, İmişli, Mingəçevir, Ağcabədi, Laçın, Xocalı, Xocavənd rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Bərdə Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

# 379
avatar

Oxşar yazılar