
Bir neçə internet TV cəzalandırıldı - MŞ
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.
Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
Komissiya ilk olaraq “Vest Produkt Marketinq” MMC-nin direktoru M.Tağıyevin “Birincitv.az” internet portalının baş redaktoru Elçin Əlibəyliyə qarşı şikayətini araşdırıb. Komissiya müəyyən edib ki, şikayət doğuran materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın 1-ci prinsipinin (Həqiqətə xidmət, dəqiqlik və obyektivlik) 1.2 maddəsinin tələbləri pozulub (jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır). Şirkət barədə ciddi ittihamların yer aldığı yazılarda faktların dəqiqləşdirilməsi üçün lazımi addımlar atılmayıb. Buna görə də “Birincitv.az” internet portalına xəbərdarlıq edilməsi barədə rəyə gəlinib.
Komissiya üzvləri AMİP mətbuat katibi vəzifəsini icra edən Əli Orucovun “Reaksiya TV” internet televiziyasının rəhbəri Zaur Qəriboğluna qarşı şikayətini də araşdırıb. Bununla əlaqədar əlavə araşdırmalara ehtiyac olduğundan məsələnin Şuranın Katibliyində ətraflı araşdırılması məqbul sayılıb.
Oxşar yazılar

BÜRCLƏRİN bu həftə üçün şanslı tarixləri
9 iyun 2025 , 09:09
Xoşbəxtliyi almaq olar: Həyat keyfiyyətimizi yaxşılaşdıran 8 alış-veriş
8 iyun 2025 , 18:42
İyun ayı bu BÜRCLƏR üçün çox çətin olacaq: Tale kimi sınayacaq?
8 iyun 2025 , 18:20
Ən uğurlu insanların doğulduğu ayın 6 tarixi AÇIQLANDI
8 iyun 2025 , 16:59
Yağış, dolu, şimşək - SABAHIN HAVASI
8 iyun 2025 , 12:07
Yeni pandemiya ola bilər
8 iyun 2025 , 10:07
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salındı
7 iyun 2025 , 20:42