Hacıqabul-Bəhrəmtəpə avtomobil yolu bağlandı
29 aprel 2013 10:18 (UTC +04:00)

Hacıqabul-Bəhrəmtəpə avtomobil yolu bağlandı

Bu gündən etibarən Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunda asfalt-beton örtüyün salınması ilə əlaqədar 10-cu km-dən 40-cı km-ə qədər olan hissədə hərəkət 16 gün müddətinə tam məhdudlaşdırılıb.


 

Bu barədə «APA-Economics»ə Azərbaycan Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

 

Onun sözlərinə görə, sözügedən istiqamətdə hərəkət edən vətəndaşlar alternativ yol kimi Sabirabad-Surra-Padar, Kür körpüsündən keçməklə Sabirabad-Şirvan və digər yollardan istifadə edə bilərlər.

# 692
avatar

Oxşar yazılar