Kolleclərə qəbul üçün 23 mindən çox ərizə <span style="color:red;">TƏSDİQLƏNDİ
20 iyul 2019 11:44 (UTC +04:00)

Kolleclərə qəbul üçün 23 mindən çox ərizə TƏSDİQLƏNDİ

0
Ümumi (9 illik) təhsil bazasında kolleclərə qəbul olmaq üçün elektron ərizə verməyən və buraxılış imtahanı nəticəsi müsabiqə şərtini ödəyən bu ilin abituriyentlərinin ərizə qəbulu davam edir.
 
Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, bu gün saat 10:20-dək kolleclərə qəbul olunmaq üçün ümumilikdə 23 381 abituriyentin ərizəsi təsdiqlənib.
 
Qeyd edək ki, 9 illik orta təhsil bazasında kolleclərə ərizə qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək aparılıb. Bu müddətdə qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 5-dək “ekabinet.dim.gov.az” internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq istifadəçi adı və paroldan istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiqləyə bilərlər.
 
Qeyd edək ki, 9 illik bazada kolleclərin ixtisas seçiminə isə ümumi balı (hər iki mərhələ üzrə) 50‑dən, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 562

Oxşar yazılar