Jurnalistlər müayinədən keçdi
18 dekabr 2012 17:06 (UTC +04:00)

Jurnalistlər müayinədən keçdi

Bir qrup KİV nümayəndəsi  “Sağlam həyat uğrunda” devizi altında keçirilən sağlamlıq aylığı çərçivəsində müayinədən keçirilib. Lent.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 3 saylı şəhər poliklinikasında aparılan müayinələrdə müxtəlif mətbuatı təmsil edən 30-a yaxın jurnalist iştirak edib.

 

Tədbir çərçivəsində jurnalistlərin terapevt, cərrah, nevropatoloq, pediatr, infeksionist, mama-ginekoloq, oftalmoloq və s. mütəxəssisləri tərəfindən əhalinin tibbi müayinəsi, o cümlədən laboratoriya analizləri, ultrasəs müayinəsi, elektrokardioqrafiya müayinələri aparılıb.

Qeyd edək ki, “Sağlam həyat uğrunda” devizi altında sağlamlıq aylığı çərçivəsində bu günə kimi 1 milyondan artıq insan müayinə olunub. Müayinə olunan 987885 nəfərin 226821-i Bakı şəhərinin, 761064 nəfəri isə rayonların payına düşür.

# 656

Oxşar yazılar