Jurnalistika fakültəsi üçün yeni dərs vəsaiti çap edilib
18 aprel 2013 16:16 (UTC +04:00)

Jurnalistika fakültəsi üçün yeni dərs vəsaiti çap edilib

«Beynəlxalq jurnalistika dünya media sistemində» adlı dərs vəsaiti işıq üzü görüb. Bakı Dövlət Universitetinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Jurnalistika fakültəsini müəllimi, dosent Sabir Məmmədlinin «Beynəlxalq jurnalistika dünya media sistemində» adlı dərs vəsaitində müasir dünya jurnalistikasının əsas xüsusiyyətləri, müxtəlif ölkələrin media fəaliyyətində müşahidə olunan eyniləşmə prosesi hərtərəfli işıqlandırılır. Eyniləşmə prosesi özünü həm KİV qanunvericiliyində, həm də jurnalist təcrübəsində göstərir. Bu prosesin dərinləşməsi, ilk növbədə, beynəlxalq təşkilatların KİV sahəsində fəaliyyəti ilə bağlıdır. Eyni zamanda, inkişaf etmiş ölkələrin media təcrübəsində elə mütərəqqi demokratik meyarlar formalaşmışdır ki, onlar artıq ümumbəşəri xarakter daşıyır və başqa dövlətlər bundan hərtərəfli yararlanırlar. Dərs vəsaitində mövcud elmi araşdırmalardan, tədqiqatlardan, jurnalist təşkilatlarının hesabatlarından, tərcümələrdən istifadə etməklə bu problemlər hərtərəfli təhlil olunur.

 

Kitabın elmi redaktoru, professor Şamil Vəliyev, rəyçilər - professorlar Həmid Vəliyev, Nəsir Əhmədli, dosent İlham Mazanlı, tarix elmləri üzrə fəlsəfə doktoru Qurban Məmmədovdur.

 

 

 

 

# 661
avatar

Oxşar yazılar