
İki rayonda müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək
Mayın 31-də paytaxtın Suraxanı və Xətai rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bu barədə Lent.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.
Xəbərə görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Bakıdakı 221 nömrəli tam orta məktəbdə (Ünvan: Naximov küçəsi 221) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.
Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.
Oxşar yazılar

Bu həftə böyük maliyyə uğurlarına zəmanət verilən 3 BÜRC
25 avqust 2025 , 00:02
“Sədərək”-də yanğında 12 nəfər tüstüdən zəhərləndi-YENİLƏNİB
24 avqust 2025 , 19:48
Yola günabaxan tumları yığan məsuliyyətə cəlb edildi
24 avqust 2025 , 15:57
“Sədərək”-də yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri-VİDEO
24 avqust 2025 , 15:01
Leysan yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
24 avqust 2025 , 12:37
Xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
24 avqust 2025 , 11:36
Vanqadan 2026-cı il üçün qorxulu PROQNOZ: çətin ki, kimsə bəyənsin
23 avqust 2025 , 20:15