I ixtisas qrupunda bəzi ixtisaslarla bağlı müsabiqə şərti dəyişib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aşağıda göstərilmiş ixtisasların həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər:
- Aqromühəndislik;
- Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi.