Əhalinin gəlirləri artıb
16 aprel 2013 12:14 (UTC +04:00)

Əhalinin gəlirləri artıb

Dövlət Statistika Komitəsi 2013-cü il yanvar-mart ayları üçün əhalinin gəlirlərini açıqlayıb. Lent. az-ın Komitənin rəsmi saytına istinadən verdiyi məlumata görə, cari ilin birinci rübündə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5.9 faiz artaraq 7.7 milyard manata çatıb.
Onun hər nəfərə düşən həcmi orta hesabla 836.4 manat və ya ayda 278.8 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3.3 faiz bəndi üstələyərək 4.5 faiz olub.
Gəlirlərin 70.8 faizi son istehlaka, 9.4 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1.9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 17.9 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Əhalinin sərəncamında qalan gəlir 7.0 milyard manat təşkil edib və əvvəlki illərdəkinə nisbətən 5.5 faiz artıb.

 

# 814
avatar

Oxşar yazılar