Çoxmərtəbəli binalara qaz verilir
01 aprel 2013 18:13 (UTC +04:00)

Çoxmərtəbəli binalara qaz verilir

ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi dövlət qəbul komissiyasından keçərək istismara qəbul aktı almış çoxmərtəbəli yaşayış binalarına təbii qazın verilişinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.

 

ARDNŞ-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu ilin birinci rübündə “Azəriqaz” hüquqi və fiziki şəxslərin müraciətlərini nəzərə alaraq, dövlət qəbul komissiyasından keçmiş və müvafiq istismara qəbul aktı almış 25 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib.

 

Bunların 17-i Bakı şəhərində, 8-i isə Mingəçevir şəhəri, Abşeron, Göyçay, Lerik, Zaqatala və Zərdab rayonlarında yerləşir. 

Xatırladaq ki, 2012-ci ildə “Azəriqaz” İstehsalat Birliyi 60 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib.

# 1633
avatar

Oxşar yazılar