
Bu müəllimlərin yekun qiymətləndirilməsi başa çatdı
Məktəbəhazırlıq qruplarında tədris aparacaq müəllimlər üçün yekun qiymətləndirmə başa çatıb.
Bu barədə Lent.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, imtahanda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən təşkil olunmuş “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlimləri başa vuran 1000-ə yaxın ibtidai sinif müəllimi iştirak edib.
Müəllimlər 45 dəqiqə vaxt ərzində onlayn şəkildə 25 test sualını cavablandırıblar.
İmtahanda iştirak etmiş müəllimlərə müvafiq ixtisasartırma sertifikatları təqdim olunacaq. Oktyabrın 1-dən isə həmin müəllimlər məktəbəhazırlıq qruplarında fəaliyyətə başlayacaqlar.
Qeyd edək ki, “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təşkil edilmiş təlimlər Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilib. Təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdan ibarətdir.
Oxşar yazılar

Çox yaxında gözəl xəbərlər eşidəcək BÜRCLƏR
15 iyun 2025 , 18:32
Zaqatalada kəndlərə dolu yağdı
15 iyun 2025 , 18:15
Araq içəndən sonra siqaret çəkmək istəyi nədən yaranır?
15 iyun 2025 , 17:35
Dünyada hansı ölkənin sakinləri ən az işləyir? Çətin ki, təxmin edəsiniz
15 iyun 2025 , 16:38
İsrail-İran münaqişəsi ilə bağlı zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq - RƏSMİ
15 iyun 2025 , 16:07
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
15 iyun 2025 , 15:55
DİN-in kursantları Fəxri Xiyabanda
15 iyun 2025 , 15:15