Bu gün Bakıdakı restoranlarından birində yəhudi əsilli Konstantinlə azərbaycanlı Ellada xanımın toy mərasimi keçirilir.
Lent.az-ın aznews-a istinadən məlumatına görə, onların toyunda hər kəsi təəccübləndirən məqam gəlin maşını olub.
Adətən gəlini toya maşınla, bəzi hallarda faytonla aparsalar da, bu toyda bəy gəlini aparmaq üçün avtobus bəzədib.
Yəhudi əsilli bəy bu avtobusun üzərinə “Biz evlənirik” deyə yazmağı da unutmayıb. Onlar qeyri-adi gəlin maşını ilə şadlıq sarayına getməyi fərqlilik hesab ediblər.
Amma bəyi və dostlarını düşündürən bir məqam avtobusla tıxaca düşmək qorxusudur. Şadlıq sarayına gələnə qədər isə bəylə gəlin bu avtobusla şəhərin görməli yerlərini gəzəcək.
Bəyin dostlarının verdiyi məlumata gərə toy yerli adət- ənənələrə əsasən keçiriləcək. Dostları hətta bəyi qaçırmağı da planlaşdırırlar. Toya gələn qonaqları da bəy və gəlin özləri qarşılayacaq.
Onu da qeyd edək ki, gəlin maşını kimi bəzədilən avtobus nəinki ətrafdakıların, eləcə də toya qatılan qonaqların marağına səbəb olub. Avtobusun yanında şəkil çəkdirməyə çox böyük maraq var.

Bakıda unikal gəlin maşını
Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09