Azərbaycanlı zəvvarların geri dönmə vaxtı açıqlandı
17 oktyabr 2013 12:17 (UTC +04:00)

Azərbaycanlı zəvvarların geri dönmə vaxtı açıqlandı

Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarların ziyarətdən geri dönmə vaxtı açıqlanıb.


 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA-ya açıqlamasında bildirib ki, oktyabrın 22-də ilk zəvvar qrupu Azərbaycana dönəcək. Bunun ardınca zəvvarların geri dönüşü hər gün olmaqla oktyabrın 29-a kimi davam edəcək.

 

Hazırda Məkkədə zəvvarları müşahidə edən Həcc missiyasının üzvü, QMİ-nin beynəlxalq şöbəsinin əməkdaşı Bəxtiyar Nəcəfov isə APA-ya bildirib ki, bu gündən etibarən zəvvarlar artıq son ayinləri bitirərək Mina dağından Məkkəyə enməyə başlayırlar.

 

Qeyd edək ki, 3700 azərbaycanlı zəvvar Həcc ziyarətinə yollanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1019

Oxşar yazılar